QR CodeQR Code

"Sünnə əhli də ABŞ-a qarşı müqavimət göstərəcək”

10 Feb 2020 13:15

İslamTimes: İraqda hərəkat lideri ABŞ-a xəbərdarlıq etdi: “Sünnilər də sizə qarşı müqavimət göstərəcək”


İraqın Əsaib Əhləl Haqq hərəkatının lideri Qeys Əl-Xəzəli ABŞ qüvvələrinin İraqdan çıxmayacağı təqdirdə, onlara qarşı müqavimətin təkcə şiələrlə məhdudlaşmayacağını, əksinə Ənbar, Səlahəddin, Mosul kimi sünnilərin sıx yaşadığı şəhərlərdə də ABŞ qüvvələrinə qarşı bir müqavimətin olacağını söyləyib.
Qeys Əl-Xəzəli İranın Qüds korpusunun komandiri şəhid general-leytenant Qasım Süleymani ilə Əl-Həşduş Şəbinin ikinci komandiri şəhid Əbu Mehdi Əl-Mühəndisin ABŞ qüvvələri tərəfindən terror edillmələrinin Vaşinqtonun səhv bir strategiyası olduğunu bildirərək, belə deyib: “Bu cəhd ABŞ-ın İraqdakı əsgərlərinin çıxmasının başlanğıcıdır”.
Xəzəli İraqda müqavimətin hazırda başladığını vurğulayaraq, müqavimətin 2020-ci ildə tam qüvvəsində olacağını söyləyib.
İraq parlamentinin ölkədəki ABŞ qüvvələrinin İraqdan çıxması barədə qərarının çox müsbət və yaxşı bir qərar olduğunu qeyd edən Xəzəli, belə deyib: “Bu qərar milli həssaslıq və zərurətdən yaranıb”.
O, müqavimət qüvvələrinin yeni İraq hökumətindən ən mühüm prioritetli tələbinin ABŞ-ın işğalçı qüvvələrinin İraqdan çıxarılması olduğunu bildirib. /Deyerler/


Story Code: 843742

News Link :
https://www.islamtimes.org/az/news/843742/sünnə-əhli-də-abş-a-qarşı-müqavimət-göstərəcək

Islam Times
  https://www.islamtimes.org