0
Monday 10 February 2020 - 14:16

Fələstindən Netanyahuya cavab: “Dünya Fələstin xəritəsini tanıyır”

Story Code : 843743
Fələstindən Netanyahuya cavab: “Dünya Fələstin xəritəsini tanıyır”
Fələstin Muxtariyyətinin rəhbərinin mətbuat katibi Nəbil Əbu Rudeynə belə bir açıqlama verib: “Dövlətin xəritəsi Birləşmiş Millətlər Təşkilatının qərarlarına görə dünya tərəfindən qəbul edilmiş bir xəritədir”.
Xəritənin 4 iyun 1967-ci il sərhədlərindəki bir dövlətə aid olduğunu və paytaxtı Şərqi Qüds olduğunu söyləyən Rudeynə, belə deyib: “Bunlardan başqa heç bir xəritə ilə əlaqəmiz olmayacaq”.
Əbu Rudeynə bunun bölgədə və dünyada sabitlik və təhlükəsizliyi təmin edəcək yeganə xəritə olduğunu vurğulayıb. /Deyerler/