0
Monday 10 February 2020 - 16:43

Lavrov: Qərb başa düşür ki, Rusiyasız problemlərin həlli mümkün deyil

Story Code : 843765
Lavrov: Qərb başa düşür ki, Rusiyasız problemlərin həlli mümkün deyil
APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Rossiyskaya Gazeta" ya verdiyi müsahibəsində söyləyib.
Federasiyanın xarici siyasətinin prezident tərəfindən təyin olunduğunu vurğulayan nazir qeyd edib ki, 2000-ci ildən bəri qəbul edilən Rusiya Xarici Siyasət Konsepsiyasının bütün müdəalarında əks olunan bu kurs beynəlxalq aləmdə prinsipial yeni keyfiyyətlər qazanmağa və böyük bir güc olaraq dövlətin statusun bərpa etməyə imkan verib: “Mən hər şeyi öz adları ilə çağıracağam. Rusiya olmadan dünyadakı problemləri həll etmək çətindir. Hər kəs bizimlə dialoqun tərəfdarıdır”.