0
Monday 10 February 2020 - 18:18

Ayətullah Xamenei 2315 məhbusun əfv olunması göstərişini verdi

Story Code : 843781
Ayətullah Xamenei 2315 məhbusun əfv olunması göstərişini verdi
YJC.ir xəbər agentliyi bildirir ki, Ali Dini Lider Ayətullah Xamenei İslam İnqilabının ildönümü (22 bəhmən) münasibətilə 2315 məhbusun əfvi sərəncamını imzalayıb.

Qeyd edək ki, Məhkəmə Hakimiyyətinin sədri höccətül-İslam vəl-müslimin İbrahim Rəisi İslam İnqilabı Rəhbərinə müraciət edərək Amnistiya Komissiyası tərəfindən müvafiq tələblərə uyğun görülən 2315 məhbusun geri qalan cəzasının əfvi, yüngülləşdirilməsi və ya əvəzlənməsini təklif etmişdi.

Sabah 11 fevral İranda İslam İnqilabının ildönümüdür. Hər il milyonlarla İran vətəndaşı küçələrə çıxaraq, bu günü bayram kimi qeyd edir.
Source : IslamTimes