0
Monday 10 February 2020 - 23:31

Rusiya: ABŞ öz mənafeini düşünərək sanksiyalara əl atır

Story Code : 843833
Rusiya: ABŞ öz mənafeini düşünərək sanksiyalara əl atır
"Sputnik" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, ABŞ öz mənafelərini təmin etmək üçün qeyri-qanuni sanksiyalara əl atır. Bütün bunlar zərər-ziyanlara səbəb olan addımlardır.
Peskov ABŞ-ın yeni sanksiyalar tətbiq edəcəyi ehtimalını xatırladaraq bildirib ki, Rusiya qəti şəkildə bu sayaq təzyiqlərə qarşıdır.
Peskov əlavə edib: "Amerika əksər ölkələrə qarşı iqtisadi sanksiyalara əl atır. Bu beynəlxalq hüquq prinsiplərinə ziddir və bir çox ölkələrə qarşı tətbiq edilmiş sanksiyalar qeyri-qanunidir."
Qeyd edək ki, rəsmi Vaşinqton bu dəfə Rusiya hakimiyyətinin Venezuela ilə əlaqələrini bəhanə edərək Rusiyaya yeni sanksiyalar tətbiq etmək niyyətindədir. 
 
Source : IslamTimes