QR CodeQR Code

Ərdoğan: "Türkiyə Trampın "əsrin müqaviləsi"nin reallaşdırmasına imkan verməyəcək"

11 Feb 2020 13:37

İslamTimes: Türkiyə prezidenti, ölkəsinin əsrin məkrli qondarma müqaviləsinin bölgədəki sülhə təhlükə yaratmasına imkan verməyəcəyini söyləyib


Məlumata görə, Rəcəb Tayyib Ərdoğan Ankaranın, əsrin qondarma ABŞ razılaşmasının bölgədəki sülhə təhlükə yaratmasına imkan verməyəcəyini söyləyib. Türkiyə prezidentinin bu mesajı, Malayziyanın paytaxtı Kuala-Lumpurda Qüds ilə bağlı keçirilən üçüncü parlamentlərarası konfransa göndərildi.
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, mesajında Ərdoğan, belə tarixi dövrdə bu növ konfransların keçirilməsinin vacibliyini vurğulayaraq, Qüdsün İsrail rejiminin paytaxtı adlandırıldığı qondarma “əsrin müqaviləsi”nin bölgədəki sülhə təhdid edən bir xəyaldan başqa bir şey olmadığını və bu xəyalın gerçəkləşməsinə imkan verməyəcəyini bildirib. "Biz Fələstin torpaqlarının ilhaqını və Beytul-müqəddəsin tam işğalını nəzərdə tutan bu planı tanımırıq. Biz, hər iki ölkənin bu qərarla razılaşmasını heç vaxt qəbul etməyəcəyik, əslində bu, ABŞ-ın sifarişi ilə İsrail rejiminin işğalını tanımaq deməkdir". Türkiyə prezidenti daha əvvəl "əsrin müqaviləsi" ilə əlaqədar "Qüdsün, İsrail rejiminin qanlı pənçələrinə verilməsinin böyük cinayət olduğunu deyib.


Story Code: 843905

News Link :
https://www.islamtimes.org/az/news/843905/ərdoğan-türkiyə-trampın-əsrin-müqaviləsi-nin-reallaşdırmasına-imkan-verməyəcək

Islam Times
  https://www.islamtimes.org