QR CodeQR Code

KİV: Bin Salman gizli olaraq Netanyahu ilə görüşüb

11 Feb 2020 14:01

İslamTimes: Əl-Ərəbi əl-Cədid qəzeti, noyabrın sonlarında Bin Salmanla Netanyahu arasındakı baş vermiş gizli görüş haqda bəzi açıqlamalar verib.


Qəzetin yazdığına görə, İsrail rejimində keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində bir sıra ərəb körfəzi ölkəsi sionist rejimlə açıq məsləhətləşmələr aparır. Mənbə, Misir və Birləşmiş Ərəb Əmirliklərinin 2 mart seçkilərindən əvvəl, ərəb-İsrail rejimi məsləhətləşmələrinin koordinasiyasında aktiv rol oynadığını və bu səylərin İsrail rejiminin baş naziri Benyamin Netanyahunun daxili böhranlarını aradan qaldırmağa kömək etdiyini qeyd edir.
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, bununla yanaşı xüsusi mənbə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın, Qırmızı dəniz sahillərindəki Neum şəhərində Benyamin Netanyahu ilə gizli görüşü haqda faktı açıqlayıb. Mənbələrə görə, sionist rejimin təklifi ilə keçirilən görüşdə, İranla qarşı müqavimət və Tehranın bölgədəki təsirinə qarşı çıxmaq üçün vahid cəbhə yaratmaq planları müzakirə edilib. Görüşdə, Netanyahunun, kabinetin formalaşdırılması ilə siyasi böhranı həll etməsinə kömək məqsədi ilə, sionist rejimi ilə ərəb münasibətlərinin normallaşdırılması üçün bir sıra addımların atılması müzakirə edilib. Məlumata görə, son aylarda ABŞ-ın dövlət katibi Mayk Pompeo və onun komandası İsrail rejiminin seçkisindən bir neçə həftə əvvəl görüşlərin keçirilməsinə təşviq edib. İsrail rejiminin qəzeti, görüşdə Misir, ABŞ və Səudiyyə rejimi, Sudan və Bəhreyn partiyalarının da iştirak edəcəyini qeyd edib.


Story Code: 843913

News Link :
https://www.islamtimes.org/az/news/843913/kiv-bin-salman-gizli-olaraq-netanyahu-ilə-görüşüb

Islam Times
  https://www.islamtimes.org