QR CodeQR Code

İranda möhtəşəm İnqilab ildönümü yürüşü

IslamTimes , 11 Feb 2020 14:42

İslamTimes: İslam İnqilabının 41-ci ildönümü və şəhid Qasim Süleymaninin 40 mərasimində ABŞ əskərlərinin tabutu gəzdirildi, "Tramp"ın qoluna qandal vuruldu!


İran İslam Respublikasında bu gün səhər saatlarından etibarən İslam İnqilabının 41-ci ildönümü münasibəti ilə yürüşlər keçirilib. Milyonlarla iranlı küçələrə axışaraq, "Amerikaya ölüm", "İsrailə ölüm", "Biz hər birimiz Qasim Süleymaniyik", "ABŞ terrorçuları məntəqədən rədd olsun", "Damardakı qanımız Rəhbərimizə hədiyyədir" kimi şüarlar səsləndiriblər.
Kəskin soyuq hava şəraitinə baxmayaraq, insanların aksiyada bu ilki iştirakı ötən illərdəkindən də əzəmətli olub. İnqilab ildönümünün şəhid Qasim Süleymaninin 40 mərasimi ilə üst-üstə düşməsi mərasimin daha əzəmətli keçirilməsinə səbəb olub.
İran xalqının milyonluq aksiyası bu dəfə də Qərb ölkələri, xüsusi ilə ABŞ-ın ciddi məyusluğuna səbəb olub. 


Story Code: 843922

News Link :
https://www.islamtimes.org/az/news/843922/iranda-möhtəşəm-inqilab-ildönümü-yürüşü

Islam Times
  https://www.islamtimes.org