QR CodeQR Code

Qətər və Ərəbistan arasındakı müzakirələr uğursuzluqla bitdi

IslamTimes , 11 Feb 2020 22:27

İslamTimes: Səudiyyə Ərəbistanının şərtlərini rədd edən Qətər Ali-Səud rejimi ilə müzakirələri dayandırıb


New York Times Qərb diplomatlarından əldə etdiyi məlumata istinadən bildirib ki, Qətər və Səudiyyə Ərəbistanı arasında problemlərin həlli ümidi ilə başlayan müzakirələr heç bir nəticə əldə edilmədən dayandırılıb. 
New York Times yazıb: Qətər dövləti müzakirələrdə müəyyən şərtlər irəli sürmüşdü. Onlar Qətərə qarşı sanksiya tətbiq edən ölkələrin sanksiyaları aradan qaldırmasını, Qətər vətəndaşlarının bu ölkələrə azad şəkildə səfər edə bilməsini, bu ölkələrin səmasına azad şəkildə daxil ola bilməyi və Ərəbistanla Qətər arasındakı sərhəddin açılmasını tələb olaraq irəli sürmüşdü.
Amma Səudiyyə Ərəbistanı ilk öncə Qətərin Səudiyyə Ərəbistanının şərtlərini yerinə yetirməsini istəyirmiş.
Qeyd edək ki, Qətər Səudiyyə Ərəbistanı ilə xüsusi ilə xarici siyasətlərində bir neçə məntəqədə baş-başa gəlib. 


Story Code: 843980

News Link :
https://www.islamtimes.org/az/news/843980/qətər-və-ərəbistan-arasındakı-müzakirələr-uğursuzluqla-bitdi

Islam Times
  https://www.islamtimes.org