0
Tuesday 11 February 2020 - 22:41

Türkiyənin Suriya torpaqlarına təcavüzü beynəlxalq qanunların pozulmasıdır

Story Code : 843988
Türkiyənin Suriya torpaqlarına təcavüzü beynəlxalq qanunların pozulmasıdır
Suriya Silahlı Qüvvələrinin Baş Qərargahı Türkiyə ordusunun son günlərdə Suriya torpaqlarındakı fəaliyyətləri ilə bağlı bəyanat yayaraq bildirib: "Türkiyənin Suriya torpaqlarında hərbi əməliyyatları və Suriya ordusunu hədəfə alması son günlərdə daha da çoxalıb. Bu beynəlxalq qanunlara ziddir və müstəqil dövlətlərin suverenliyinin pozulmasıdır!
Türkiyə hakimiyyətinin bu addımları İdlib və Hələbdəki terrorçuların məhvi prosesinin qarşısını almaq üçündür. Bu şəhərlərdəki terror təşkilatları beynəlxalq terrorçu təşkilatlar siyahısına adları salınmış qruplaşmalardır..."
Suriya Ordusu həmçinin bildirib ki, Türk Silahlı Qüvvələri Suriyada həm hərbçilərin yerləşdiyi, həm də dinc sakinlərin yaşadığı məntəqələri hədəfə alıb.
Suriya ordusu Türkiyənin bu addımlarının terrorçulara qarşı mübarizənin dayandırılmasına səbəb olmayacağını təkidlə vurğulayıb.
Source : IslamTimes