QR CodeQR Code

ABŞ əks-kəşfiyyatının təhdid mənbələri: Rusiya, Çin, İran...

Islamazeri , 12 Feb 2020 14:53

İslamtimes - ABŞ əks-kəşfiyyatının 2020-2022-ci illər üzrə yeni strategiyasında Rusiya və Çin əsas təhdid mənbələri kimi göstərilib.



İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin açıqlanan sənədində bildirilib.
"ABŞ-a istiqamətlənən oyunçuların sayı artır. Rusiya və Çin bütün dünyada fəaliyyət göstərir, öz milli güclərinin bütün alətlərini ABŞ-a qarşı istifadə edir və müasir kəşfiyyat imkanlarının geniş spektrinə sahibdirlər", - Sənəddə vurğulanır.
Digər təhdidlər sırasında isə Kuba, İran, Şimali Koreya, "Hizbullah" hərəkatı, İŞİD və "Əl-Qaidə" terror təşkilatları, transmilli kriminal təşkilatların adları da var.
 


Story Code: 844115

News Link :
https://www.islamtimes.org/az/news/844115/abş-əks-kəşfiyyatının-təhdid-mənbələri-rusiya-çin-iran

Islam Times
  https://www.islamtimes.org