QR CodeQR Code

İranda Parlament və Xobreqan seçkiləri keçiriləcək: Təbliğat-təşviqat başlayır...

Islamazeri , 12 Feb 2020 14:59

İslamtimes - İranın Seçki Qərargahı İslam Şurası Məclisi namizədlərinin təbliğat-təşviqat kampaniyasının başlanması və sona çatması tarixini açıqlayıb



İslamazeri.com İran mediasına istinadən xəbər verir ki,  İranın Seçki Qərargahı bu gün fevralın 12-də bir elan yayaraq, qeydiyyatı təsdiqlənmiş namizədlərin təbliğat-təşviqat kampaniyasının sabah başlanacağını və fevralın 20-də sona çatacağını elan edib.
2020-ci il fevralın 21-də 11-ci çağırış İslam Şurası Məclisinin seçkiləri 290 yer uğrunda bütün ölkənin 208 seçki dairəsində keçiriləcək.
Həmçinin 5-ci çağırış Rəhbərlik Xobreqan Məclisinin aralıq seçkiləri də 5 seçki dairəsi yəni Tehran, Fars, Şimali Xorasan, Rəzəvi Xorasanı və Qumda keçiriləcək.
İranın Konstitusiyanı Mühafizə Şurasının mətbuat katibi Abbasəli Kədxudayinin sözlərinə görə, 11-ci çağırış İslam Şurası Məclisi seçkilərində deputatlığa namizədlərin 7000 mindən çoxunun qeydiyyatı təsdiqlənib.
 


Story Code: 844118

News Link :
https://www.islamtimes.org/az/news/844118/iranda-parlament-və-xobreqan-seçkiləri-keçiriləcək-təbliğat-təşviqat-başlayır

Islam Times
  https://www.islamtimes.org