QR CodeQR Code

Suriya ordusu 8 illik işğaldan sonra Dəməşq-Hələb yolunu terrorçulardan azad etdi

12 Feb 2020 15:13

İslamTimes - Londonda yerləşən Suriya İnsan Haqqları Manitorinq Mərkəzi (SOHR) M5 olaraq tanınan strateji əhəmiyyətli Hələb-Dəməşq beynəlxalq avtomagistralının hamısının Suriya ordusunun nəzarətinə keçdiyini açıqlayıb.


Deyerler.org SANA-ya istinadən xəbər verir ki, avtomagistralın açılmasıyla Dəməşq-Hələb arasındakı kəsilməz əlaqə 2012-ci ildən etibarən ilk dəfə təmin edilib.
Bu arada, Suriya ordusu Hələbin cənub-qərb ətrafında əməliyyatlarını davam etdirərək, Kəfr Hələb, Kanatər və Kəmari kəndlərini terrorçulardan təmizləyib.
SANA-nın müxbiri Suriya ordusunun Hələbin cənub-qərb ətrafına düşən Əl-Bəvvabiyə, Əl-Ksəybiyə, Təl-Hidyə, Əl-Zirbə, Əl-Barkum və Zirai Araşdırmalar Mərkəzini azad etməsindən 24 saat keçməmiş Hələb-İdlib beynəlxalq avtomagistralının qərbinə düşən Kəfr Hələb, Kanatər və Kəmari kəndlərini terrorçulardan azad etdiyini bildirib.


Story Code: 844123

News Link :
https://www.islamtimes.org/az/news/844123/suriya-ordusu-8-illik-işğaldan-sonra-dəməşq-hələb-yolunu-terrorçulardan-azad-etdi

Islam Times
  https://www.islamtimes.org