0
Wednesday 12 February 2020 - 21:15

İrandan İsrailə ciddi xəbərdarlıq!

Story Code : 844181
İrandan İsrailə ciddi xəbərdarlıq!
İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi işğalçı İsrail rejimi rəsmilərindən birinin təhdidlərinə cavab verib. Abbas Musəvi deyib: "İran işğalçı İsrail rejiminin məntəqədə və Suriyada İranın mənafelərini hədəf alan addımlarına peşiman edici cavab verəcək..."
XİN sözçüsü sionist rejimin işğalçı mahiyyətinə işarə edərək əlavə edib: "Ötən 70 il ərzində İsrail ancaq işğalçı addımları ilə yadd qalıb. Onlar Fələstin torpaqlarını zəbt edib, qonşu ölkələrə hücum edib, qarətçiliklə, terrorla məşğul olublar."
Abbas Musəvi İranın Suriya dövlətinin dəvəti ilə bu ölkədə İsrail və ABŞ-ın dəstəklədiyi terrorizmə qarşı vuruşduğunu bildirib. O rəsmi Tehranın İsailin təhdidləri mövzusunu beynəlxalq müstəvilərdə də müzakirəyə çıxaracağını bildirib.