0
Wednesday 12 February 2020 - 21:59

Rəsmi Moskva: Türkiyə İdlibdə böhran yaşanmasına səbəb olur

Story Code : 844197
Rəsmi Moskva: Türkiyə İdlibdə böhran yaşanmasına səbəb olur
Rusiya Müdafiə Nazirliyi Türkiyənin Suriyanın daxili işlərinə son müdaxilələrini tənqid edən bəyanat yayıb. Bəyanatda deyilir: "Türkiyə Suriyadakı silahlı müxalifət ilə terrorçu qrupları bir-birindən ayırd edə bilmədiyi üçün İdlibdə yaşanan böhranın daha da ağırlaşmasına səbəb olub. Bu gün Türkiyə İdlibə çox sayda zirehli texnika, silah-sursat və digər təchizatlar yollayır. Terrorçuların bu təchizatlarla təmin edilməsi vəziyyəti daha da ağırlaşdırır..."
Bəyanatın davamında bildirilir ki, İdlibin savaş başa çatmış bölgələrindən əhalinin köç etməsi ilə bağlı xəbərlər tamamilə yalan məlumatdır.
Qeyd edək ki, terrorçuların Suriyadakı son dayancağı hesab edilən İdlibin təkfirçilərdən təmizləmə əməliyyatına 50 gündür ki, start verilib. Bu günədək İdlibin bir çox məntəqələri terrorçulardan təmizlənib. Amma Türkiyə hakimiyyəti Suriya ordusuna xəbərdarlıq edərək, terrorçuların son nəfəslərini verdiyi İdlibdəki əməliyyatları dayandırmağı tələb edib.
Source : IslamTimes