0
Wednesday 12 February 2020 - 23:43

Kəndlilər ABŞ hərbçilərini qovdu

Story Code : 844216
Kəndlilər ABŞ hərbçilərini qovdu
Suriyanın Qamışlı məntəqəsindəki Əmu Xerbə kəndi sakinləri ABŞ hərbçiləri ilə üz-üzə gəldikdən sonra qarşıdurma yaşanıb. Əli yalın kənd sakinləri işğalçı ABŞ hərbçilərini məntəqədən uzaqlaşdırmağa nail olublar.
SANA xəbər agentliyinin bildirdiyinə əsasən, bu qarşıdurmada bir kəndli ABŞ qüvvələri tərəfindən qətlə yetirilib, bir nəfər isə yaralanıb.
Kəndlilər ABŞ hərbçilərinin ordunun yoxlama məntəqəsinə yaxınlaşdığından xəbər tutduqdan sonra onların önünü kəsərək geri çəkilməsini istəyib. ABŞ hərbçiləri zorla əraziyə daxil olmaq istədikdə isə kəndlilər daş parçaları ilə onlara hücum edib. Bir kəndlinin şəhid olması bahasına da olsa, ABŞ hərbçilərini məntəqədən çıxarmaq mümkün olub. 
Qeyd edək ki, Əmu Xerbə kənd sakinlərinin Amerika hərbçiləri ilə baş-başa gəldiyini görən Hamu kənd sakinləri də kəndlilərə kömək edib. 
Kəndlilərlə ABŞ qüvvələrinin qarşıdurmasından öncə Suriya ordusu 4 ABŞ hərbi avtomobilinin önünü kəsərək onlara keçid icazəsi verməmişdi. Kəndlilərin də elə hərbçilərə dəstək olaraq, yoxlanış məntəqəsində ABŞ hərbçiləri ilə baş-başa gəldiyi bildirilir.
Source : IslamTimes