QR CodeQR Code

Rusiya XİN: “Moskva və Dəməşq Suriyada mülki şəxsləri vurmur”

13 Feb 2020 13:10

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyinin Yeni Təhlükələr və Təhdidlər Departamentinin direktoru Vladimir Tarabrin Moskva və Dəməşqin Suriyada mülki şəxsləri vurmadığını bildirib.


Deyerler.org xəbər verir ki, Sputnik-ə açıqlama verən Ərdoğanın sözlərini qiymətləndirən Tarabrin, Moskva və Dəməşqin Suriyadakı bütün zərbələrinin yalnız terror birləşmələrinə edildiyini vurğulayıb: “Biz dəfələrlə əminliklə bildirmişik ki, Rusiya və Suriya ordusu mülki əhaliyə qarşı addım atmır. Bütün atəşlər yalnız terrorçu birləşmələrə, əlində silahlarla qanuni hökumətə qarşı mübarizə aparanlara edilir.
Suriyalılar terrorizmlə mübarizəni öz ərazilərində həyata keçirir və siyasi həll istəməyən terror təşkilatlarına qarşı güc tətbiq etmək hüquqları var. Bu baxımdan suriyalıların hərəkətləri tamamilə qanunidir”.


Story Code: 844317

News Link :
https://www.islamtimes.org/az/news/844317/rusiya-xin-moskva-və-dəməşq-suriyada-mülki-şəxsləri-vurmur

Islam Times
  https://www.islamtimes.org