0
Tuesday 12 July 2011 - 08:49

Cənubi Sudanın xristian prezidentinin oğlu müsəlman oldu

Story Code : 84438
Cənubi Sudanın xristian prezidentinin oğlu müsəlman oldu
Cənubi Sudanın xristian prezidentinin oğlu müsəlman oldu
Cənubi Sudanın prezidentinin oğlu Can Salva İslam dinini qəbul edib. Sudanın “Əl-intibahə” qəzeti Salvanın behiştə getmək üçün bu addımı atdığını və adını da Muhamməd olaraq dəyişdirdiyini yazıb: “Can Salva Xartum şəhərinin böyük məscidində müsəlman oldu. O, “Müsəlman olmuşam, çünki behiştə getmək istəyirəm. Cənubdan Xartuma gəlmişəm ki, müsəlman olam. Atamdan da istəyirəm ki, İslama gəlsin. Müsəlman olandan sonra cənuba qayıdacağam və Cənubi Sudanda müsəlman olmuş qardaşlarıma İslamı yaymaqda kömək edəcəyəm” – deyib”.

Qeyd edək ki, Muhamməd Salva Salvakerin dördüncü övladıdır. Ailəli olan Muhamməd Salva Kic şəhərində yaşayır.
Source : ANS
Comment