QR CodeQR Code

Cənubi Sudanın xristian prezidentinin oğlu müsəlman oldu

ANS , 12 Jul 2011 08:49

IslamTimes - Muhamməd adını qəbul edən Salva atasını da İslama dəvət edib.


Cənubi Sudanın prezidentinin oğlu Can Salva İslam dinini qəbul edib. Sudanın “Əl-intibahə” qəzeti Salvanın behiştə getmək üçün bu addımı atdığını və adını da Muhamməd olaraq dəyişdirdiyini yazıb: “Can Salva Xartum şəhərinin böyük məscidində müsəlman oldu. O, “Müsəlman olmuşam, çünki behiştə getmək istəyirəm. Cənubdan Xartuma gəlmişəm ki, müsəlman olam. Atamdan da istəyirəm ki, İslama gəlsin. Müsəlman olandan sonra cənuba qayıdacağam və Cənubi Sudanda müsəlman olmuş qardaşlarıma İslamı yaymaqda kömək edəcəyəm” – deyib”.

Qeyd edək ki, Muhamməd Salva Salvakerin dördüncü övladıdır. Ailəli olan Muhamməd Salva Kic şəhərində yaşayır.


Story Code: 84438

News Link :
https://www.islamtimes.org/az/news/84438/cənubi-sudanın-xristian-prezidentinin-oğlu-müsəlman-oldu

Islam Times
  https://www.islamtimes.org