0
Thursday 13 February 2020 - 17:59

Tramp: “NATO-nu xilas etdim, Avropa ABŞ üçün ciddi bir təhdiddir”

Story Code : 844383
Tramp: “NATO-nu xilas etdim, Avropa ABŞ üçün ciddi bir təhdiddir”
NATO-ya gəldikdə, o, hakimiyyətə başlamazdan əvvəl Alyansın parçalanma vəziyyətində olduğunu iddia edib, lakin faktiki olaraq ittifaqın digər üzvlərini hərbi xərclərini artırmağa məcbur edərək NATO-nu xilas etdiyi qeyd edilir.
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Tramp, NATO-nun baş katibi Yens Stoltenberqin dünyadakı əsas fanatı olduğunu və ABŞ-ın digər NATO üzvlərini müdafiə xərclərini artırmağa məcbur etdiyi üçün xoşbəxt olduğunu söyləyib. Bununla yanaşı, o, Avropanı "ABŞ üçün ciddi təhlükə" kimi təyin edib. Tramp, Avropa Birliyinin yaranmasının əsas səbəblərindən biri kimi, Vaşinqtona hücum üçün bir platformanın yaradılması olduğunu iddia edir. O, ölkəsinin dünyanın ən güclü nüvə qüvvələrinə sahib olduğunu da iddia edir. Trampın fikrincə, Rusiya və Ukrayna indi eyni vaxtda nüvə silahına milyardlarla dollar xərcləməmək üçün ABŞ ilə danışmaq istəyir. "Belə bir razılıq əldə edilməyincə, edilə biləcək yeganə şey, dünyada ən güclü nüvə qüvvələrini yaratmaqdır", - deyə Tramp deyib. O, ABŞ-ın hipersəs raketlər hazırladığını deyib. Rusiya və Çinin bu silahlara malik olması səbəbindən, Vaşinqtonun bu növ silahları yaratmağa məcbur olduğunu söyləyib.