QR CodeQR Code

Prezident olduğum müddətdə buna imkan verməyəcəm

15 Feb 2020 07:38

İslamTimes: Prezident olduğum müddətdə homoseksuallıq qanuniləşdirilməyəcək.


Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

Kreml rəhbəri konstitusiyaya düzəlişlər edən işçi qrupunun nümayəndələri ilə görüşündə ailənin kişi və qadın birliyi olması ifadəsinin mübahisəli olduğunu bildirib:

“Əgər ana və atadan biri yoxdursa? Bu vəziyyətdə necə olacaq? Bəzi məqamları dəqiqləşdirməliyik. Qadın və kişinin birliyi evlilikdir. Ailə isə biraz fərqlidir. Sadəcə harada və necə ifadə ediləcəyini düşünmək lazımdır. “Valideyn 1” və “valideyn 2” anlamlarına gəlincə, daha əvvəl də demişəm, Prezident olduğum müddətcə “valideyn 1” və “valideyn 2” olmayacaq. Sadəcə, ata və ana olacaq”.

Qeyd edək ki, müəyyən ölkələrin (xüsusən Qərbdə) ailə məcəllələrində homoseksuallıq əsas götürülərək, "ata" və "ana" kəlmələri yerinə “valideyn 1” və “valideyn 2” ifadələri daxil edilib.


Story Code: 844629

News Link :
https://www.islamtimes.org/az/news/844629/prezident-olduğum-müddətdə-buna-imkan-verməyəcəm

Islam Times
  https://www.islamtimes.org