QR CodeQR Code

Zərif: Tramp İranın bir neçə aya diz çökəcəyini düşünürdü

IslamTimes , 15 Feb 2020 20:15

İslamTimes: İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Fars Körfəzi ölkələrini səslənərək bildirib ki, Fars Körfəzində təhülkəsizlik Amerikaya arxalanmaqla deyil, içdən təmin edilməlidir.


56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak edən M. C. Zərif deyib: "Elə düşünürəm ki, ABŞ prezidenti Donald Trampın yaxşı müşavirləri olmayıb. O Hərtərəfli Birgə Fəaliyyət Planı sənədini yırtaraq, bu sazişi pozduqdan sonra İran hakimiyyətinin süqut edəcəyini düşünürdü. O zaman Con Bolton Trampa söyləmişdi ki, İran bir neçə ay sonra diz çökəcək."
İran XİN başçısı Mayk Pompeonun general Qasim Süleymaninin terror edilməsindəki roluna işarə edərək deyib: "Pompeo bu gün Con Boltonun rolunu oynamağa çalışır. Elə bu səbəbdən Qasim Süleymaninin terror edilməsi təklifini irəli sürmüşdü."
Cavad Zərif Hərtərəfli Birgə Fəaliyyət Planı haqda danışaraq əlavə edib: "Sabiq ABŞ XİN başçısı Con Kerri ilə dəfələrlə görüş keçirdik. Hətta deyə bilərəm ki, müzakirələr üçün ayırdığımız vaxt ailələrimizlə keçirdiyimiz vaxtdan daha çox idi. Con Kerri fərd deyildi. O ABŞ Xarici İşlər Nazirliyini təmsil edirdi. İran razılaşmanı ABŞ hakimiyyəti ilə imzalamışdı! BMT Təhlükəsizlik Şurası da bu sənədi təsdiqləmişdi. Amma Tramp bütün bu öhdəlikləri ayaq altına alaraq, sazişi yırtdı, ona əməl etməyəcəyini bildirdi. Elə bu səbəbdən İran yenidən müzkairələrə başlamayacaq. Kimsə bir atı iki dəfə satın almağa razı olmaz!"


Story Code: 844812

News Link :
https://www.islamtimes.org/az/news/844812/zərif-tramp-iranın-bir-neçə-aya-diz-çökəcəyini-düşünürdü

Islam Times
  https://www.islamtimes.org