QR CodeQR Code

Səudiyyə Ərəbistanı təsdiqlədi: Tornado qırıcımız Yəməndə süqut edib

IslamTimes , 15 Feb 2020 21:07

İslamTimes: Səudiyyə Koalisiyası bu gün onlara məxsus bir qırcının Yəmənin əl-Cəvf əyalətində süqut etməsi xəbərini təsdiqləyib.


Səudiyyə Koalisiyasının sözçüsü polkovnik Turki əl-Maliki bu gün Yəmənin Əl-Cəvf vilayətinin əməliyyat keçirilən bölgəsində koalisiya qüvvələrinə məxsus qırıcı təyyarənin qəzaya uğradığını bildirib. Tornado qırıcısının koalisiya qüvvələrinə yaxından dəstək verən Səudiyyə Hava Qüvvələrinə məxsus olduğu bildirilir. Qırıcının Yəmənin Hadi Mənsura bağlı qüvvələrin yerləşdiyi məntəqə yaxınlığında süqut etdiyi xəbər verilir.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bu gün Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya aid Tornado qırıcısının Yəmənin əl-Cəvf əyaləti üzərində əməliyyat zamanı süqut etdiyini bildirmişdi.
Qeyd edək ki, Yəmən Silahlı Qüvvələri çərşənbə günü Səudiyyə Ərəbistanı qüvvələrinin Nəcran və Cizan sərhəddi yaxınlığına hücumunu dəf edib. Üç saat davam edən qarşıdurmada Səudiyyə Ərəbistanının işğalçı ünsürlərinin bir çoxu məhv edilib.
Səudiyyə-BƏƏ koalisiyası son iki həftə ərzində devrilmiş prezident Mənsur Hadiyə bağlı qüvvələrin Yəmən ordusu tərəfindən ağır məğlubiyyətinin əvəzini çıxmaq üçün irimiqyaslı əməliyyatlara başlayıb. Amma Yəmən Silahlı Qüvvələri bu hücumları dəf edib və Ali-Səud rejimi heç bir nəticə əldə edə bilməyib.


Story Code: 844816

News Link :
https://www.islamtimes.org/az/news/844816/səudiyyə-ərəbistanı-təsdiqlədi-tornado-qırıcımız-yəməndə-süqut-edib

Islam Times
  https://www.islamtimes.org