0
Sunday 16 February 2020 - 19:44

İran portalı Xocalıdan yazdı

Story Code : 844924
İran portalı Xocalıdan yazdı
Axar.az xəbər verir ki, yazıda Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər haqqında məlumat verilir. Qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri ağır hərbi texnika ilə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq dinc sakinləri amansızcasına qətlə yetirmişlər. Şəhər yerlə yeksan edilmiş, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilmiş, yüzlərlə mülki insan ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür.

Bu soyqırımı törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ilə yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kobudcasına pozulmuşdur.