QR CodeQR Code

Lavrovdan önəmli İdlib açıqlaması - Əsədin qələbəsi...

16 Feb 2020 20:05

İslamTimes: Rusiya Xarici İşlər naziri Sergey Lavrov İdlibdəki son vəziyyətlə bağlı açıqlama verərək, Türkiyənin Suriya ordusunun qarşısını ala bilməyəcəyinə işarə etdi


Teleqraf.com xəbər verir ki, rusiyalı diplomat İdlibdə Suriya Prezidenti Bəşər Əsədin qələbəsinin qaçılmaz olduğunu bəyan edib.
"Türkiyə ilə yaxşı əlaqələrimiz var, ancaq bu, bütün məsələlərdə eyni fikirdə olduğumuz mənasını ifadə etmir. Ölkələr arasında bütün məsələlərdə eyni fikrin olması mümkünsüzdür", - deyə Lavrov bildirib.
Xatırladaq ki, Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bir araya gəlmişdi.
Çavuşoğlu görüşdən sonra Rusiya XİN rəhbəri ilə faydalı danışıqların aparıldığını bildirmişdi.


Story Code: 844928

News Link :
https://www.islamtimes.org/az/news/844928/lavrovdan-önəmli-idlib-açıqlaması-əsədin-qələbəsi

Islam Times
  https://www.islamtimes.org