QR CodeQR Code

İrandan Səudiyyə açıqlaması: Biabırçı məğlubiyyət...

16 Feb 2020 18:13

İslamTimes: Tehran Ərəb koalisiyasının Yəmənin şimalına endirdiyi zərbələri qınayır və bunu hərbi cinayət hesab edir.


Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi deyib.

“Son bir neçə ildə cəbhədə biabırçı məğlubiyyətlərə düçar olan Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı koalisiyanın qadın, uşaq və digər mülki vətəndaşları alçaqcasına öldürməsinin şahidi oluruq”, - Musavi bildirib.

Musəvi koalisiyanın bu addımını 10 ən böyük hərbi cinayətlərdən biri adlandırıb.

Qeyd edək ki, bir müddət əvvəl koalisiya qüvvlərinin Yəmənin şimalında həyata keçirdiyi hava əməliyyatı nəticəsində 32 mülki vətəndaş həlak olmuşdu.


Story Code: 844929

News Link :
https://www.islamtimes.org/az/news/844929/irandan-səudiyyə-açıqlaması-biabırçı-məğlubiyyət

Islam Times
  https://www.islamtimes.org