0
Sunday 16 February 2020 - 22:49

Suriya ordusundan böyük nailiyyət!

Story Code : 844961
Suriya ordusundan böyük nailiyyət!
Əl-Məyadin xəbər kanalının verdiyi məlumata görə, Suriya ordusu terroristlərin Hələbin şimalındakı son bazası hesab edilən Salat əl-Lirmon bölgəsinə nəzarəti ələ keçirdikdən sonra Hələb şəhərində təhlükəsizliyi tamamilə bərpa etməyə nail olub.
Əl-Cəzirə xəbər kanalı da Suriya ordusunun Hələb şəhərini tam nəzarətə götürdüyünü təsdiqləyib.
Suriya ordusu daha öncə Hələbin qərbindəki Cəmiyətuz-Zəhra məntəqəsini bütünlüklə azad etməyə və Əl-Nusra Cəbhəsi ilə qarşıdurmadan sonra Hələbin şimalındakı Həritan şəhərini də terrorçulardan təmizləməyə müvəffəq olmuşdu.
Qeyd edək ki, Suriya ordusu təqribən bir ay öncə Hələbin cənub və qərb istiqamətlərində, İdlibin isə cənub istiqamətində terrorçulara qarşı əməliyyatları genişləndirmişdi. Bu qısa müddət ərzində onlarla şəhər və qəsəbə təkfirçi terrorçulardan azad edilib. Suriya hakimiyyəti dəfələrlə bildirib ki, ordu yalnız silahlı qruplaşmalara qarşı əməliyyat aparır. Bu terrorçuların əksəri İdlib şəhərində məskunlaşıb.
Source : IslamTimes