QR CodeQR Code

Nəsrullah: Tramp vəhşi bir terrorçudur

IslamTimes , 16 Feb 2020 23:32

İslamTimes: "Tramp vəhşi bir cinayətkardır. Amerika İsrailin bütün cinayətlərinə görə məsuliyyət daşıyır"


Hizbullah baş katibi Seyid Həsən Nəsrullah şəhid Qasim Süleymani və onunla birlikdə Amerika işğalçı qüvvələri tərəfindən terror edilən digər şəhidlərin 40 mərasimi münasibəti ilə çıxış edib. 
Həsən Nəsrullah çıxışı zamanı İran İslam İnqilabının 41-ci ildönümü münasibəti ilə ali dini lider və İran xalqını təbrik edib.
Hizbullah baş katibi deyib: "İran İslam İnqilabı bu ölkəyə qarşı hərbi, iqtisadi və psixoloji müharibələrə baxmayaraq Allahın lütfü və İran xalqının problemlərə sinə gərməsi ilə bütün çətinlikləri arxada qoydu. İran xalqının şəhid Qasim Süleymaninin dəfn mərasimindəki tarixi iştirakı həm dostlara, həm də düşmənlərə bir mesaj oldu. İranlıların bu dəfn mərasimindəki əzəmətli iştirakından sonra bu ölkənin daxildən parçalanacağına ümid edən düşmənlər xam xəyal qurduqlarını anladılar. Dostlar isə necə möhkəm bir qalaya söykəndiklərinə bir daha şahid oldular...
Tramp dövləti son zamanlarda iki böyük cinayətə imza atıb. Bunlardan biri Qasim Süleymaninin Bağdadda terror edilməsi, digəri isə Fələstin torpaqlarının İsrailə hədiyyə edilməsindən ibarət olan "Əsrin sövdələşməsi" planıdır. Hər iki plan Amerika və İsrailin məntəqə ölkələrini zor gücü ilə qarət etməsini təmin etmək üçün hazırlanmışdır."
Hizbullah baş katibi öz çıxışı zamanı ABŞ-ın "Əsrin sövdələşməsi planının heç bir dövlət tərəfindən qəbul edilmədiyini xatırladıb. O bildirib ki, Tramp vəhşi bir cinayətkardır və Amerika İsrailin bütün cinayətlərinə görə məsuliyyət daşıyır.


Story Code: 844969

News Link :
https://www.islamtimes.org/az/news/844969/nəsrullah-tramp-vəhşi-bir-terrorçudur

Islam Times
  https://www.islamtimes.org