0
Monday 17 February 2020 - 19:43

N.Pelosi: "Trampın müraciəti cənfəgiyatla dolu olduğu üçün cırdım"

Story Code : 845131
N.Pelosi: "Trampın müraciəti cənfəgiyatla dolu olduğu üçün cırdım"
Nensi Pelosi, CNN telekanalına verdiyi müsahibədə Respublikaçıların tənqidləri arasında, fevralın 4-də Trampın illik nitqini cırmaq jestini qəti şəkildə müdafiə edib. "Bu illik mərasim başlayanda bunu ümumiyyətlə etmək istəmirdim. Mühazirənin üçdə birini oxuduqdan sonra dəhşətli və absurd olduğunu düşündüm və demək olar ki, hər səhifədə xoşagəlməz və qəsdən yalanlar söylədiyini gördüm", - deyə Pelosi bildirib. Pelosinin Trampın illik çıxışı günü etdiyi hərəkətlər - nitqinin mətnini nümayişkaranə cırması Respublikaçıların və Trampın kəskin mənfi reaksiyasına səbəb olub. Pelosi CNN-ə verdiyi müsahibədə Münhen Təhlükəsizlik Konfransı zamanı xaricdə olarkən prezidenti tənqid etməmək adi ənənəsindən uzaqlaşdığını da qeyd etdi. "Mən şəxsən onun haqqında danışmıram. Mən sadəcə ölkəmizin vəziyyəti haqqında danışıram", - deyə qeyd edib. /Deyerler/