QR CodeQR Code

Suriyanın Ərəb Liqasına qayıtmağı uzaq deyil

IslamTimes , 17 Feb 2020 21:40

İslamTimes: Ərəb Liqasının sabiq baş katibi Suriyanın gələcəyindən danışdı


Ərəb Liqasının sabiq baş katibi Əmr Musa Suriyanın gələcəyindən danışıb. Sputnik şəbəkəsinə müsahibə verən sabiq katib deyib: Suriyanın Ərəb Liqasına qayıtması uzaq deyil. Tezliklə bunun şahidi olacağıq.
Xatırladaq ki, 8 il öncə Ərəb Liqası Suriya dövlətinin aksiyalara zor tətbiq etməsini bəhanə edərək bu ölkənin üzvlüyünü ləğv edib. 2012-ci ildə Suriya dövləti Ərəb Liqasına müraciətində bildirmişdi ki, ölkədə baş verən hadisələr təxribatdır, terror şəbəkələrinin fəaliyyəti ilə bağlıdır. Ötən ildən başlayaraq bir çox ərəb ölkələrinin rəsmi Dəməşqə münasibəti yumşalıb. Ərəbistanın yaxıb müttəfiqi olan Əmirlik (BƏƏ) 7 ildən sonra Dəməşqdə səfirliyini yenidən açıb.
 


Story Code: 845170

News Link :
https://www.islamtimes.org/az/news/845170/suriyanın-ərəb-liqasına-qayıtmağı-uzaq-deyil

Islam Times
  https://www.islamtimes.org