QR CodeQR Code

Fələstin xalqı ABŞ-la əlaqələrin tam kəsilməsini istəyir

IslamTimes , 17 Feb 2020 22:06

İslamTimes: HƏMAS Amerika ilə bağlı bəyanat yayıb


Fələstin İslam Müqaviməti Hərəkatının sözçüsü Fəvzi Bərhum Amerika ilə münasibətlərə aydınlıq gətirib. Sözçü Fələstin Administrasiyasının və bu administrasiyaya bağlı bəzi qüvvələrin hələ də Amerikaya ümid etməsini pisləyərək Fələstin xalqının mövqeyini açıqlayıb. Fəvzi Bərhum deyib: Amerika ilə rabitələrin tam kəsilməsi Fələstin xalqının istəyidir. Administrasiyanın təhlükəsizlik xidmətinin ABŞ kəşfiyyat idarəsi ilə (CİA) hələ də danışıqlar aparması bu administrasiyanın Vaşinqtona ümid etdiyini təsdiqləyir. Administrasiya rəisi Mahmud Abbasın Amerika ilə əlaqələri kəsməsi ciddi deyil. Xalq tələb edir ki, Vaşinqtonla əlaqələr tam kəsilsin.
HƏMAS-ın sözçüsü H. Qasim Ərəbistanın və bəzi Amerikayönlü ərəb ölkələrinin Əsrin Müqaviləsinə müsbət yanaşmasını pisləyib.
 


Story Code: 845173

News Link :
https://www.islamtimes.org/az/news/845173/fələstin-xalqı-abş-la-əlaqələrin-tam-kəsilməsini-istəyir

Islam Times
  https://www.islamtimes.org