QR CodeQR Code

Bəhreyndə məhbus qadınların vəziyyəti ağırdır

IslamTimes , 17 Feb 2020 22:33

İslamTimes: İndipendent həyəcan təbili çalır


İngiltərənin İndipendent qəzeti Bəhreyndə qadın həbsxanalarındakı ağır vəziyyətdən yazıb. Qəzet bildirir ki, həbsxana nəzarətçiləri məhbus qadınlarla kobud rəftar edir və qadın həbsxanalarında vəziyyət çox ağırdır. Qəzet həm də Londonun bütün bu qanunsuzluqlara baxmayaraq Bəhreyn rejimi ilə yaxın əlaqələrini pisləyib. Bəhreynin şəraiti ağır olan həbsxanalarından biri İsa Qəsəbəsi Həbsxanasıdır. Bu həbsxanada saxlanılan hüquq müdafiəçisi Hacər Mənsur ona qarşı həbsxanadakı işkəncələrdən danışıb. Bundan öncə BMT öz məruzələrində Bəhreyndəki vəziyyəti pisləyib, Bəhreyn rejimini həbsxanalarda qayda yaratmağa çağırıb.
 


Story Code: 845174

News Link :
https://www.islamtimes.org/az/news/845174/bəhreyndə-məhbus-qadınların-vəziyyəti-ağırdır

Islam Times
  https://www.islamtimes.org