QR CodeQR Code

Əfqanıstanda süqut edən helikopter ABŞ-a məxsusdurmu?

18 Feb 2020 10:51

İslamTimes: Taliban Əfqanıstanda xarici qüvvələrə məxsus hərbi helikopteri vurduğunu iddia edib.


Əfqanıstanın Nemroz əyalətinin Delaram rayonunda vurulan helikopterin ABŞ qüvvələrinə məxsus olduğu bildirilir.
Talibanın bildirdiyinə görə, helikopter yerli vaxtla səhər saat 07:30-da Nimruz əyalətinin Delaram rayonunda vurulub.
Nemroz qubernatoru Səid Vəli Sultani Talibanın hadisə barədəki məlumatlarını təkzib edib. O, Sputnik-ə verdiyi açıqlamasında, helikopterin Əfqanıstan Milli Ordusuna aid olduğunu və Delaram qərargahındakı təhlükəsizlik qüvvələrinə sursat gətirdiyi vaxt texniki nasazlıq nəticəsində qəza enişi etdiyini bidirib. O, tələfat və dağıntıların olmadığını qeyd edib. /Deyerler/
 


Story Code: 845268

News Link :
https://www.islamtimes.org/az/news/845268/əfqanıstanda-süqut-edən-helikopter-abş-a-məxsusdurmu

Islam Times
  https://www.islamtimes.org