0
Tuesday 18 February 2020 - 02:27

Parisdə növbəti etiraz aksiyası başladı

Story Code : 845270
Parisdə növbəti etiraz aksiyası başladı
“Report” xəbər verir ki, Opera Qarnyedən qanun layihəsinin müzakirə olunacağı Milli Assambleyaya doğru yürüş edən nümayişçilər əllərində “Makron, rədd ol!”, “İctimai tənəzzülü müzakirə etməzlər, ortadan qaldırarlar!” yazılan şüarlar tutublar.

Xatırladaq ki, bəzi işçi təbəqələri üçün imtiyazlardan imtina edərək universal təqaüd sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsi artıq parlamentin aşağı palatasının xüsusi komissiyasına təqdim olunub. Layihəyə indiyədək 22 minədək düzəliş edilib.