0
Tuesday 18 February 2020 - 12:13

Hərbi müxbir: “Türkiyə hərbçiləri Rusiya qoşunlarının müşayiəti altında Suriyanı tərk edir”

Story Code : 845272
Hərbi müxbir: “Türkiyə hərbçiləri Rusiya qoşunlarının müşayiəti altında Suriyanı tərk edir”
Deyerler.org xəbər verir ki, bu barədə hərbi müxbir Oleq Bloxin Telegramdakı profilindən məlumat yayıb.
Rusiya maşınlarının Türkiya Silahlı Qüvvələrinə məxsus hərbi karvanı necə müşayiət etdiyini göstərən bir video da paylaşaraq, belə qeyd edib: “Yağlı boyalı şəkil. Rusiya hərbi polisi M5 şossesində türkləri müşayiət edir”.
Bloxinin videosunda Dəməşq-Hələb strateji avtomagistralından TSQ əsgərlərinin Tiger zirehli avtomobili ilə birlikdə getdiyi görünür. Türkiyənin zirehli maşınlarının və yük maşınlardan inarət hərbi karvanının sonunda Rusiya Silahlı Qüvvələrinin hərbi KamAZ-ı görünür.
Xatırladaq ki, Dəməşq-Hələb avtomobil yolu tamamilə hökumət qüvvələrinin nəzarəti altındadır.