0
Tuesday 18 February 2020 - 12:41

Tramp avropalıları kəşfiyyat əməkdaşlığının azaldılması ilə təhdid etdi

Story Code : 845281
Tramp avropalıları kəşfiyyat əməkdaşlığının azaldılması ilə təhdid etdi
ABŞ-ın Berlindəki səfirinin sözlərinə görə, ABŞ prezidenti "Huawei" şirkəti ilə əməkdaşlıq edən Avropa ölkələrini kəşfiyyat sahəsində əməkdaşlığı dayandıracağı ilə hədələyib. Riçard Qrenell bazar günü ABŞ prezidentinin beşinci nəsil İnternet şəbəkəsini (5G) işə salmaq üçün Çin şirkəti "Huawei" ilə ortaq olan Avropa ölkələri ilə kəşfiyyat sahəsində əməkdaşlığı dayandırmaqla hədələdiyini təsdiqləyib.
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, "Etibarsız 5G nəsil internetdən istifadə etmək qərarına gələn hər hansı bir ölkə, ABŞ-ın yüksək səviyyəli məlumat paylaşma qabiliyyətini təhlükə altına alır", - deyə Qrennell tvitter səhifəsində qeyd edib. ABŞ-ın Avropadakı müttəfiqləri, xüsusən də İngiltərə və Fransa, "Huawei"in 5G şəbəkələrində iştirakına mane olmaq niyyətində olmadığını, lakin şirkətə məhdudiyyətlər qoyduqlarını söyləyib. ABŞ hökuməti Avropa ölkələrinə Çin şirkətinin Avropada beşinci nəsil rabitə şəbəkəsinin inkişafına və tətbiqinə mane olmağa çalışır. Pekin hesab edir ki, Vaşinqtonun "Huawei" ilə mübarizəsi, şirkəti ticari arenadan qovmaq məqsədi daşıyır. "Huawei", dünyada beşinci nəsil telekommunikasiya şəbəkəsinin inkişaf etdiricisi və sahibidir və hətta İngiltərə kimi ölkələr də ABŞ-ın bu şirkətlə tərəfdaşlığını ləğv etmək tələbini rədd edir.