QR CodeQR Code

Rusiya: Suriya ordusu ölkənin 90 faizini terrorçulardan azad edib

IslamTimes , 18 Feb 2020 20:20

İslamTimes: Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib: "Suriya hakimiyyət qüvvələri ölkənin 90% -dən çoxuna nəzarəti ələ almağa müvəffəq olub."


Rusiya müdafiə naziri ölkənin enerji sektoruna qoyulan sanksiyaların da aradan qaldırılmasına çağırıb.
Xəbər agentlikləri, Suriyada ordunun son bir neçə gün ərzində böyük nailiyyətlər əldə etdiyi və Suriya silahlı qüvvələri tərəfindən müxtəlif bölgələrin təmizlənməsi barədə məlumatlar yayımlayıb.
Həmçinin Suriya prezidenti Bəşər Əsəd də ordunun Suriyanın şimal-qərbindəki uğurları münasibətilə xalqı və silahlı qüvvələri təbrik edib.
Suriya prezidenti Bəşər Əsəd İdlib şəhərlərini azad etmək üçün əməliyyatların davam edəcəyini bildirib.
Qeyd edək ki, Suriya ordusu Hələb şəhərini artıq tamamilə azad edib. Elə görünür ki, Qərb ölkələrinin İdlibdəki terrorçuları qorumaq üçün irəli sürdüyü atəşkəs təklifi Suriya ordusu tərəfindən qəbul edilməyəcək.
 


Story Code: 845346

News Link :
https://www.islamtimes.org/az/news/845346/rusiya-suriya-ordusu-ölkənin-90-faizini-terrorçulardan-azad-edib

Islam Times
  https://www.islamtimes.org