0
Tuesday 18 February 2020 - 20:20

Rusiya: Suriya ordusu ölkənin 90 faizini terrorçulardan azad edib

Story Code : 845346
Rusiya: Suriya ordusu ölkənin 90 faizini terrorçulardan azad edib
Rusiya müdafiə naziri ölkənin enerji sektoruna qoyulan sanksiyaların da aradan qaldırılmasına çağırıb.
Xəbər agentlikləri, Suriyada ordunun son bir neçə gün ərzində böyük nailiyyətlər əldə etdiyi və Suriya silahlı qüvvələri tərəfindən müxtəlif bölgələrin təmizlənməsi barədə məlumatlar yayımlayıb.
Həmçinin Suriya prezidenti Bəşər Əsəd də ordunun Suriyanın şimal-qərbindəki uğurları münasibətilə xalqı və silahlı qüvvələri təbrik edib.
Suriya prezidenti Bəşər Əsəd İdlib şəhərlərini azad etmək üçün əməliyyatların davam edəcəyini bildirib.
Qeyd edək ki, Suriya ordusu Hələb şəhərini artıq tamamilə azad edib. Elə görünür ki, Qərb ölkələrinin İdlibdəki terrorçuları qorumaq üçün irəli sürdüyü atəşkəs təklifi Suriya ordusu tərəfindən qəbul edilməyəcək.
 
Source : IslamTimes