QR CodeQR Code

"Vaşinqton fələstinliləri Əl-Ənbar vilayətinə köçürmək niyyətindədir"

IslamTimes , 18 Feb 2020 21:17

İslamTimes: ABŞ "Əsrin sövdələşməsi" planı ilə fələstinliləri vətənlərindən didərgin salıb İraqa yerləşdirmək istəyir.


İraqın "Əl-Fəth" partiyasının parlamentdəki nümayəndəsi Məhəmməd Əl-Bəldavi ABŞ-ın Fələstin xalqı ilə bağlı gizli planı haqda danışıb. O bildirib ki, ABŞ Həşd əl-Şəbi Müqavimət Hərəkatının İraqın qərbi vilayətlərindən çıxarılmasına çalışır. Məqsəd isə boşaldılmış şəhərlərə vətənlərindən zorla çıxarılacaq fələstinlilərin yerləşdirilməsidir.
Əl-Məlumə xəbər agentliyinə müsahibə verən parlament üzvü əlavə edib: "ABŞ xüsusi ilə Əl-Ənbar vilayətində Həşd əl-Şəbi Müqavimət Hərəkatının mövcudluğunu istəmir. Onlar Əl-Ənbarın böyük bir hissəsinin Fələstindən çıxarılacaq qaçqınlar üçün ayrılmasını nəzərdə tutub. Bu məsələ ilə bağlı Vaşinqton kürd və əhli-sünnə böyükləri ilə də müzakirələr aparıb. Həşd əl-Şəbi ilə mübarizə üçün müxtəlif qrupların yaradılması da planlaşdırılıb. Həşd əl-Şəbi Müqavimət Hərəkatı ABŞ-ın "Əsrin sövdələşməsi" planına mane olan əsas qüvvələrdəndir.


Story Code: 845368

News Link :
https://www.islamtimes.org/az/news/845368/vaşinqton-fələstinliləri-əl-ənbar-vilayətinə-köçürmək-niyyətindədir

Islam Times
  https://www.islamtimes.org