0
Tuesday 18 February 2020 - 21:17

"Vaşinqton fələstinliləri Əl-Ənbar vilayətinə köçürmək niyyətindədir"

Story Code : 845368
"Vaşinqton fələstinliləri Əl-Ənbar vilayətinə köçürmək niyyətindədir"
İraqın "Əl-Fəth" partiyasının parlamentdəki nümayəndəsi Məhəmməd Əl-Bəldavi ABŞ-ın Fələstin xalqı ilə bağlı gizli planı haqda danışıb. O bildirib ki, ABŞ Həşd əl-Şəbi Müqavimət Hərəkatının İraqın qərbi vilayətlərindən çıxarılmasına çalışır. Məqsəd isə boşaldılmış şəhərlərə vətənlərindən zorla çıxarılacaq fələstinlilərin yerləşdirilməsidir.
Əl-Məlumə xəbər agentliyinə müsahibə verən parlament üzvü əlavə edib: "ABŞ xüsusi ilə Əl-Ənbar vilayətində Həşd əl-Şəbi Müqavimət Hərəkatının mövcudluğunu istəmir. Onlar Əl-Ənbarın böyük bir hissəsinin Fələstindən çıxarılacaq qaçqınlar üçün ayrılmasını nəzərdə tutub. Bu məsələ ilə bağlı Vaşinqton kürd və əhli-sünnə böyükləri ilə də müzakirələr aparıb. Həşd əl-Şəbi ilə mübarizə üçün müxtəlif qrupların yaradılması da planlaşdırılıb. Həşd əl-Şəbi Müqavimət Hərəkatı ABŞ-ın "Əsrin sövdələşməsi" planına mane olan əsas qüvvələrdəndir.
Source : IslamTimes