0
Wednesday 19 February 2020 - 06:55

Türkiyə Suriya torpaqlarından çıxmaq istəmir

Story Code : 845401
Türkiyə Suriya torpaqlarından çıxmaq istəmir
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidentinin sözcüsü İbrahim Qalın bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən toplantıdan sonra keçirdiyi mətbuat konfransında bu fikirləri səsləndirib. 

Toplantının əsas gündəminin Suriya mövzusu olduğunu bildirən İbrahim Qalın deyib ki, rusiyalı diplomatik heyətlə Türkiyə tərəfinin apardığı son danışıqlardan rəsmi Ankaranı qane edəcək nəticələr olunmayıb: “Bizə təqdim edilən xəritə və bəzi kağızları qəbul etmədik. İdlibi və bögədəki insanları qorumaq üçün əraziyə hərbi güclərimizin göndərilməsi və hərbi fəaliyyətimiz davam edəcək. Çünki Türkiyə sərhədlərinə köç axını davam edərkən biz buna tamaşaçı qala bilmərik. Hərbi qüvvələrimizə hər hansı şəkildə hücumlar bir daha təkrarlanarsa, biz yerindəcə və yetərincə cavabını verəcəyik”.

Prezident sözçüsü deyib ki, Suriya mövzusunda Türkiyənin əsas istəyi Soçi razılaşmasının şərtlərinə əməl olunmasıdır.

Qeyd edək ki, Suriya ordusu artıq Hələbi tamamilə terroristlərdən təmizləyib və İdlibin də tezliklə azad ediləcəyini bildirib.