QR CodeQR Code

Rusiya ABŞ-ın "Rosneft"in törəmə şirkətinə tətbiq etdiyi sanksiyanı pisləyib

19 Feb 2020 07:19

İslamTimes: ABŞ-ın yürütdüyü sanksiya siyasəti dünyada azad ticarəti sarsıtmaqda davam edir.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in bəyanatında qeyd olunub.

“ABŞ-ın yürütdüyü sanksiya siyasəti amerikalıların sözdə dəstəklədikləri dünya ticarəti azadlığını sarsıdır və beynəlxalq gərginliyi daha da artırmaqdadır. Vaşinqtondakı siyasətçilər artıq anlamalıdırlar ki, Rusiyaya iqtisadi və hərbi təzyiq göstərməklə onlar heç nəyə nail olmayacaqlar, əksinə, bununla onlar ikitərəfli münasibətlərdəki böhranı daha da dərinləşdirəcəklər”, - deyə Rusiya XİN-in bəyanatında bildirilir.

XİN vurğulayıb ki, ABŞ sanksiyalarının arxasında əslində dünya bazarlarında Rusiya istehsalçıları ilə ədalətli rəqabət apara bilməyən Amerika şirkətlərinə üstünlük yaratmaq niyyəti durur.

Qeyd edək ki, ABŞ bu gün İsveçrədə fəaliyyət göstərən “Rosneft Trading, S.A” şirkətinə və bu şirkətin Direktorlar Şurasının sədri, Rusiyanın “Rosneft” şirkətinin vitse-prezidenti Didye Kasimiroya qarşı sanksiyalar tətbiq edib. ABŞ “Rosneft Trading, S.A” şirkətini Venesuelaya tətbiq edilən sanksiyalara məhəl qoymayaraq bu ölkənin neftinin satışı ilə məşğul olmaqda ittiham edib.

Onu da qeyd edək ki, ABŞ tərəfdaş ölkələrə, xüsusən Avropa dövlətlərinə “Rosneft Trading SA” şirkəti ilə bütün əlaqələri kəsməyə 90 gün vaxt verib.


Story Code: 845403

News Link :
https://www.islamtimes.org/az/news/845403/rusiya-abş-ın-rosneft-in-törəmə-şirkətinə-tətbiq-etdiyi-sanksiyanı-pisləyib

Islam Times
  https://www.islamtimes.org