0
Wednesday 19 February 2020 - 12:36

Cənubi Koreyanın sabiq prezidenti 17 il müddətinə azadlıqdan məhrum edilib

Story Code : 845467
Cənubi Koreyanın sabiq prezidenti 17 il müddətinə azadlıqdan məhrum edilib
APA-nın xəbərinə görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Sabiq prezident mənimsəmədə və külli miqdarda rüşvət almaqda ittiham olunub.

Məhkəmə 78 yaşlı Li Myung Bakı 15,7 milyon dollar məbləğində cərimələyib. Sabiq prezident məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, daha əvvəl də Li Myung Bak korrupsiyada və rüşvətdə ittiham olunub. 2018-ci il mart ayının 22-də həbs olunan sabiq prezident 5 oktyabrda Seul Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2019-cu ilin mart ayında səhhətinin pisləşməsi səbəbindən girov müqabilində azadlığa buraxılıb.  

Xatırladaq ki, Li Myung Bak 2008-2013-cü illərdə Cənubi Koreyaya rəhbərlik edib.