QR CodeQR Code

SEPAH: “Yüzlərlə raket ABŞ hədəflərini vurmağa hazırdır”

19 Feb 2020 13:44

İslamTimes: Eynül Əsəd bazasının vurulması İranın birbaşa ABŞ bazalarını vuracaq qədər güclü və etibarlı bir ölkə olduğu həqiqətini göstərdi.


İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami ABŞ-ın Əynul Əsəd bazasını vuraraq, Trampın yalançı və sözlərinin də etibarsız olduğunu dünyaya göstərdiklərini bildirib.
General-mayor Hüseyn Səlami Livanın Al-Mayadeen telekanalına müsahibəsində bunları deyib.
Qüds korpusunun komandiri şəhid general-leytenant Qasim Süleymaniyə qarşı təşkil edilən sui-qəsdə İranın ABŞ-ın İraqdakı bazasını uraraq cavab verdiyinə diqqət çəkən Səlami, belə deyib: “Amerikalılar hər bir ölkəyə hücum vaxtı bunun cavabsız qalacağını düşünürdülər. Bu səbəbdən onlar bu səhv hesablamanı İran mövzusunda da etdilər. Amma bu dəfə cavabsız qalmadı”.
ABŞ-ın Əynul Əsəd bazasını vuraraq, Trampın yalançı, sözlərinin də etibarsız olduğunu dünyaya göstərmək istədiklərini qeyd edən general Səlami, belə davam edib: “Verdiyimiz cavab məhdud idi, amma İranın birbaşa ABŞ bazalarını vuracaq qədər güclü və etibarlı bir ölkə olduğu həqiqətini göstərdi. Bu əməliyyatı edərkən heç bir şeydən narahatlığımız yox idi. Bütün hadisələrə hazırlığımız var”.
İranın ABŞ-a verdiyi cavabların fərqli formalarda davam edəcəyini açıqlayan Səlami, belə deyib: “Əsl cavab, şəhid general-leytenant Süleymaninin yoluna davam edilməsi və məqsədlərinin reallaşmasıdır. Bu məqsədlər sionist rejimin məhv edilməsi və ABŞ-ın məğlub olaraq, bölgədən çıxmasından ibarətdir.
Yüzlərlə raket Əynul Əsədə qarşı təşkil etdiyimiz əməliyyatda ABŞ-ın digər bazalarını və hədəflərini vurmağa hazır vəziyyətdə idi. Amerikalılar davam etsəydilər, əməliyyat sahəsini genişləndirərdik. Əynul Əsəd sadəcə başlanğıc nöqtə idi.
Sionistləri də xəbərdar edirik. Atdıqları addımlara diqqət etsinlər. Həm də amerikalılardan xeyli kiçikdirlər. İşğal altındakı torpaqlardakı bütün mövqelərini hədəfə ala bilərik. Onları təkcə İrandan yox, digər bölgələrdən də vura bilərik”. /Deyerler/
 


Story Code: 845472

News Link :
https://www.islamtimes.org/az/news/845472/sepah-yüzlərlə-raket-abş-hədəflərini-vurmağa-hazırdır

Islam Times
  https://www.islamtimes.org