QR CodeQR Code

ABŞ Hindistan və Çini Venesuela neftindən imtina etməyə çağırıb

19 Feb 2020 14:14

İslamTimes: Hər gün yeni bir ölkəyə sanksiyalar tətbiq edən ABŞ bu dəfə Hindistan və Çini Venesuelaya qarşı çıxmağa vadar etmək niyyətindədir


APA xəbər verir ki, bunu ABŞ-ın Venesuela xüsusi nümayəndəsi Elliott Abrams deyib.
“Venesuela neftinin tədarükünün iki ən böyük müştərisi – Hindistan və Çin məhz bu sıralamada. Biz müştərilərlə danışacağıq və Venesuela nefti ilə əlaqədar Amerika siyasətini onlara izah edəcəyik. Onların fəaliyyətlərini azaltmaq üçün bu rejimi dəstəkləyən bütün ölkələri əmin etməyə çalışacağıq”, - deyə Abrams Dövlət Departamentində jurnalistlərə açıqlama verərkən bildirib.

 


Story Code: 845474

News Link :
https://www.islamtimes.org/az/news/845474/abş-hindistan-və-çini-venesuela-neftindən-imtina-etməyə-çağırıb

Islam Times
  https://www.islamtimes.org