QR CodeQR Code

Türkiyə ordusu Suriyanın şimalındakı bəzi məntəqələrdən geri çəkilib

IslamTimes , 19 Feb 2020 22:16

İslamTimes: Türk hərbçiləri Suriyanın şimalındakı qərargahlarına od vuraraq bu əraziləri tərk edir


Sputnik-in verdiyi xəbərə görə, Suriya müxalifətinə bağlı mənbələr Türkiyə hərbçilərinin Suriyanın şimalındakı Tel-Temr şəhəri və ətraf məntəqələrdən geri çəkildiyi barədə məlumat yayıb.
Müxalif mənbələr yazıb: Türk hərbçiləri bir neçə gün öncədən bəzi bölgələrdən geri çəkilməyə başlayıb. Onlar bu gün Suriyanın şimalındakı Heras, Əl-Sudəh, Əl-Manacir və əl-Şabliyə bölgələrindən geri çəkilib.
Türk ordusunun geri çəkilməzdən öncə tərk etdiyi qərargahlara od vurduğu bildirilir. Türkiyə hərbçilərinin geri çəkilməsinin hələ heç bir səbəbi açıqlanmayıb.
Qeyd edək ki, bu bölgələrdə demokratik Suriya qüvvələri ilə Türkiyəyə bağlı silahlılar arasında şiddətli qarşıdurmalar yaşanmışdı.


Story Code: 845567

News Link :
https://www.islamtimes.org/az/news/845567/türkiyə-ordusu-suriyanın-şimalındakı-bəzi-məntəqələrdən-geri-çəkilib

Islam Times
  https://www.islamtimes.org