0
Wednesday 19 February 2020 - 22:16

Türkiyə ordusu Suriyanın şimalındakı bəzi məntəqələrdən geri çəkilib

Story Code : 845567
Türkiyə ordusu Suriyanın şimalındakı bəzi məntəqələrdən geri çəkilib
Sputnik-in verdiyi xəbərə görə, Suriya müxalifətinə bağlı mənbələr Türkiyə hərbçilərinin Suriyanın şimalındakı Tel-Temr şəhəri və ətraf məntəqələrdən geri çəkildiyi barədə məlumat yayıb.
Müxalif mənbələr yazıb: Türk hərbçiləri bir neçə gün öncədən bəzi bölgələrdən geri çəkilməyə başlayıb. Onlar bu gün Suriyanın şimalındakı Heras, Əl-Sudəh, Əl-Manacir və əl-Şabliyə bölgələrindən geri çəkilib.
Türk ordusunun geri çəkilməzdən öncə tərk etdiyi qərargahlara od vurduğu bildirilir. Türkiyə hərbçilərinin geri çəkilməsinin hələ heç bir səbəbi açıqlanmayıb.
Qeyd edək ki, bu bölgələrdə demokratik Suriya qüvvələri ilə Türkiyəyə bağlı silahlılar arasında şiddətli qarşıdurmalar yaşanmışdı.
Source : IslamTimes