0
Wednesday 19 February 2020 - 23:49

Sandersdən şok sözlər: Səudiyyə rəhbərləri quldur və qatildir

Story Code : 845590
Sandersdən şok sözlər: Səudiyyə rəhbərləri quldur və qatildir
Demokratların 2020-ci il ABŞ prezident seçkilərinə əsas namizədlərindən olan Berni Sanders CNN kanalı ilə müsahibəsi zamanı bütün dünyada maraqla qarşılanan açıqlamalar verib. Səudiyyə Ərəbistanı hakimlərinin siyasətlərini tənqid edən Berni Sanders Səudiyyə vəliəhdi Məhəmməd Bin Salmanı "milyarder diktator", sionist rejimin baş naziri Benyamin Netanyahunu isə irqçi adlandırıb.
Səudiyyə rejiminin siyasətlərini tənqid edən Sanders deyib: "İllərdir biz Səudiyyə Ərəbistanını mükəmməl müttəfiqimiz kimi görmüşük. Amma bir problem var. Bu ölkəni idarə edənlər quldur və qatildir! Milyarder diktator olan Bin Salmanla isti, səmimi münasibətlər qurmaq əvəzinə çalışmalıyıq ki, Riyazı İranla problemləri həll etməyə sövq edək. İran və Səudiyyə Ərəbistanı arasında buzların əriməsi Qərbi Asiyada sülhün bərqərar olmasına gətirib çıxaracaq. Biz bu ölkələrə deməliyik ki, ABŞ artıq sonsuz müharibələrə triliyonlarla dollar xərcləməkdən cana doyub. Məntəqə dövlətləri özü vəziyyətin normallaşması üçün təlaş göstərməlidir..."
Source : IslamTimes