0
Thursday 20 February 2020 - 09:32

Tramp Pentaqon rəhbərinin müavini Con Rudun istefa verdiyini bəyan edib

Story Code : 845622
Tramp Pentaqon rəhbərinin müavini Con Rudun istefa verdiyini bəyan edib
APA TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə Twitter səhifəsində yazıb.

"Con Ruda ölkəmizə göstərdiyi xidmətə görə təşəkkür edirəm və gələcək işlərində uğurlar diləyirəm", - deyə Tramp vurğulayıb.

Pentaqon sözçüsü Conatan Hoffman bildirib ki, Rudun vəzifəsini müvəqqəti olaraq Ceyms Anderson əvəz edəcək.

ABŞ mediası isə yayılan istefa məktubunun mətninə görə, Rudun öz istəyi ilə istefa vermədiyini yazıb. Bildirilib ki, o, istefa ərizəsini Trampın təzyiqi ilə imzalayıb. 

"Cənab Prezident, nazir Esperin dediklərindən anladım ki, istefamı siz tələb etmisiniz”, - deyə Con Rud qeyd edib. 

Conatan Hoffman isə jurnalistlərə açıqlamasında bildirib ki, Tramp Prezident Administrasiyasında təyin etdiyi istənilən şəxs barədə qərar verə bilər, bu onun haqqıdır.