QR CodeQR Code

İşğalçı İsrail Türkiyə ilə müharibəyə hazırlaşır

20 Feb 2020 11:18

İslamTimes: İsrail Türkiyənin S-400 havadan müdafiə sisteminə qarşı indidən tədbir görür.


Axar.az xəbər verir ki, işğalçı İsrail Hərbi Hava Qüvvələrinin artıq S-400-lərə qarşı F-35 pilotlarını hazırladığı haqda məlumat yayılıb.

Qeyd olunur ki, sionist rejim bu günə qədər 50 ədəd F-35 təyyarəsi almaq üçün müqavilə imzalayıb. Daha 25-ni də sifariş etmək istəyir.

Sionist rejimin hərbi mütəxəssislərin fikrincə, F-35-lər, Suriyadakı S-300 kimi, Rusiyanın qabaqcıl hava hücumundan müdafiə sistemlərini məğlub edə biləcək yeganə təyyarədir. F-35-in inkişaf etmiş elektron, təhlükəsizlik sistemləri və digər sensorlar əsasən ABŞ tərəfindən qorunur.

Aralıq dənizindəki qaz ehtiyatları ilə bağlı mövcud mübahisənin böyük münaqişələrə səbəb olma potensialı da nəzərdən keçirilir.


Story Code: 845637

News Link :
https://www.islamtimes.org/az/news/845637/işğalçı-israil-türkiyə-ilə-müharibəyə-hazırlaşır

Islam Times
  https://www.islamtimes.org